Sabah Bakıda beynəlxalq turizm sərgisi işə başlayır - FOTO

Bakı. Nicat Mustafayev - APA-Economics. Sabah Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF-2012”) sərgisi keçiriləcək.
«APA-Economics»in xəbərinə görə, bu gün bununla bağlı keçirilən tədbirdə «Iteca Caspian» şirkətinin layihə meneceri Xəyalə Əliyeva bildirib ki, sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq hava daşımaları, hoteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdiriləcək.

Onun sözlərinə görə, üç gün davam edəcək sərgidə 201 şirkətin iştirakı gözlənilir. Sərgi 62 turizm istiqamətini, 15 milli ekspozisiyanı və 32 iştirakçı ölkəni təqdim edəcək. Azərbaycan, Gürcüstan, Sloveniya, Çexiya, Dubay (BƏƏ), Türkiyə, Bolqarıstan, Dağıstan, Stavropol diyarı, Hindistan, Kipr, Krım, Litva, Malayziya və Xorvatiya öz milli ekspozisiyalarını nümayiş etdirəcək. Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna öz məşhur müalicəvi kurortlarını təqdim edəcək. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirəcək. Ekzotik turizm təşkil edən şirkətlər Tailand, Mavriki və Seyşel kimi istiqamətlər təqdim edəcəklər.

Sərgi çərçivəsində Slovakiya, Macarıstan, Polşa və Çexiyaya turlar üzrə seminar, təqdimatlar və ustad dərsləri keçiriləcək.

X.Əliyeva qeyd edib ki, «AİTF-2012»də Ümumdünya Turizm Təşkilatı (ÜTT) da öz stendi ilə iştirak edəcək. Eyni zamanda Azərbaycanın turizm potensialını fəal şəkildə təqdim edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xüsusi stendlə çıxış edəcək. Azərbaycanda fəal istirahət və əyləncə sahəsində yeni layihə və istiqamətlər ölkənin aparıcı turizm şirkətləri, istirahət zonaları və sanatoriyaları tərəfindən təqdim olunacaq.
Abşeron zonasının hotellər şəbəkəsinin də təqdim ediləcəyi sərgiyə Azərbaycanda fəaliyyət göstərən dünyaca tanınmış hotellər də qatılacaq.

Tədbirdə “Azərbaycan Hava Yolları”, “Air Astana”, “AirBaltic”, “Qatar Airways”, “Flydubai”, “Çex Hava Yolları” və “Türk Hava Yolları” kimi aviaşirkətlər Azərbaycan bazarı üçün xüsusi təkliflər təqdim edəcək.

Aprelin 13-də sərgidə bu il Bakıda keçiriləcək qızlar arasında futbol üzrə dünya çempionatının rəsmi talismanına advermə mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev çıxışında bildirib ki, son 10 ildə Azərbaycan turizm sahəsində böyük nailiyyətlər əldə edib. Belə ki, ölkədə turizm şirkətlərinin və hotellərin sayı kifayət qədər artıb: “Son 6-7 ildə Azərbaycanın turizm sahəsi daha dinamik inkişaf edib. Hazırda bu sahədə mövcud olan problem xidmət səviyyəsidir ki, bu da ildən-ilə yaxşılaşdırılır”.

A.İsmiyev onu da bildirib ki, əgər 2001-ci ildə Azərbaycanda keçirilən turizm sərgisində cəmi 5 ölkədən 20 şirkət edirdisə, artıq bu il 32 ölkədən 200-dən çox şirkət tədbirə qatılıb.

Qeyd edək ki, «AİTF-2012» sərgisi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və ÜTT, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir. Bu sərgiyə paralel olaraq 6-cı Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde berpadan sonra neriman nerimanovun ev muzeyinin acilisi olub
    Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açı...
  • prezident ilham eliyev polsa senatinin marsali ile gorusub
    Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb ...
prezident ilham eliyev polsa senatinin marsali ile gorusub prezident ilham eliyev polsa senatinin marsali ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ