Sabah Bakıda «WorldFood Azerbaijan-2012» sərgisi işə başlayır

Bakı. Nicat Mustafayev - APA-Economics. May ayının 15-17-də Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi («WorldFood Azerbaijan-2012») keçiriləcək.
Bununla bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında sərginin meneceri xanım Maya Qafarova sərgi barədə ətraflı məlumat verərək bildirib ki, sərgidə 24 ölkədən 120 şirkət iştirak edəcək: «Sərgidə ilk dəfə Səudiyyə Ərəbistanı, Əfqanıstan, Braziliya, Misir və Serbiya şirkətləri iştirak edəcək. «WorldFood Azerbaijan-2012» sərgisi bir meydançada «WorldFood», «WorldDrink» və «WorldFoodTech» kimi tematik sərgiləri bir araya gətirməklə qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edəcək. Ümumilikdə isə sərgidə mal və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, super-marketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar nümayiş olunacaq».

M.Qafarova onu da bildirib ki, «WorldFood Azerbaijan-2012» ilə bərabər VI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı («AgriHort Azerbaijan»), I Xəzər Beynəlxalq «Qablaşdırma, Tara, Etiket və Poliqrafiya» («IPACK Caspian») və II Xəzər Beynəlxalq «Plastik Kütlələr və Kauçuk» (Plastex Caspian) sərgiləri keçiriləcək.

«Sərgiyə eyni zamanda Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Norveç, Belçika, Niderland və digər ölkələr qatılacaq», - deyə M.Qafarova qeyd edib.

Qeyd edək ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin rəsmi «online» informasiya tərəfdaşı APA İnformasiya Agentliyidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:36 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • quba qusar yolunda iki avtomobil toqqusub iki nefer olub bes nefer xesaret alib yenilenib
    Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, b...
  • azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib
    Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkd...
azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ