® Bank VTB (Azərbaycan) müştərilərinə bayram günləri də xidmət göstərəcək

174 bank vtb azerbaycan musterilerine bayram gunleri de xidmet gosterecek

Bank VTB (Azərbaycan) Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir və bildirir ki, bankın bəzi filialları bayram günlərində də çalışacaq. Maliyyə bazarlarına nəzarət palatasının bankların Novruz tətilində gücləndirilmiş iş rejiminə keçməsinə dair tövsiyəsinə əsasən, VTB (Azərbaycan)-ın iki mərkəzi filialı – “Gənclik” və “Sahil” filialları müştərilərə xidmət göstərməyə davam edəcək. Bu ofislər 18-26 mart tarixlərində saat 10.00-dan 20.00-dək işləyəcək.

Filiallar müştərilərə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək ki, bura valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, hesablar üzrə çıxarışların verilməsi, məsləhətlər üzrə bütün xidmətlər kompleksi daxildir.

Bankın “Sahil” filialı Bül-bül prospekti 7, “D” korpusu ünvanında, “Sahil” metro stansiyası  yaxınlığında yerləşir. “Gənclik” filialı M.K. Atatürk prospekti 2 ünvanında, «Ganjlik Mall» TM ilə üzbəüz “Gənclik” metro stansiyası yaxınlığındadır.

Bundan başqa, müştərilər istənilən zaman VTB (Azərbaycan)-ın nağd vəsaitlərlə təchiz olunmuş bankomatlarından istifadə edə bilər.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ