® Çingiz Abdullayev CDB Bankda qonaq oldu

“Caspian Development Bank (CDB)”ın “Rəsmilər CDB Bank”da motivasiya və maarifləndirmə layihəsinin Mart ayı üçün nəzərdə tutulmuş qonağı məşhur detektiv yazıçısı və publisist Çingiz Abdullayev oldu. Görüşdə yazıçı həyatının və yaradıcılığının əsas istiqamətlərindən, maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən, əsərlərinin bədii xüsusiyyətlərindən söz açdı, insanda dünyagörüşün formalaşmasında, savadlı gənclərin yetişməsində xarici dil öyrənməyin və mütaliənin rolunu qeyd etdi. 

 

Siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan olan, Çingiz Abdullayev bank əməkdaşlarını maraqlandıran sualları da cavablandırdı. Olduqca maraqlı, diskussiya şəraitində keçən görüşün sonunda fəxri qonağa CDB Bankın “Platinum” kartı hədiyyə edildi.

 

Qeyd edək ki, “Rəsmilər CDB Bank”da layihəsinin məqsədi ondan ibarətdir ki, ölkənin tanınmış siyasi-ictimai, elm və mədəniyyət xadimləri  banka qonaq qismində dəvət olunur və bank əməkdaşları ilə  “qalstuksuz” görüşlər keçirirək onlarla təcrübələrini bölüşür, bank sektorunun fəaliyyəti, inkişafı və s. mövzularda söhbətlər aparır. Bankın fəaliyyəti və kampaniyaları haqqında daha ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az web-saytında, həmin saytda fəaliyyət göstərən "Onlayn yardım" xidmətinə müraciət etməklə əldə etmək mümkündür.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda yer saati 2017 ekoloji kampaniyasi kecirilib
    Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib...
  • turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler
    Türkiyə Aİ-yə üzv olmağın məqsədəuyğunluğuna dair referendum...
turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler turkiye ai ye uzv olmagin meqsedeuygunluguna dair referendum kecire biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ