2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub

2018 ci il dovlet budcesine deyisiklikler edilmesi ile bagli qanun layihesi milli meclise teqdim olunub

“2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunub”.

 

Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

 

M.Piriyev bu dəyişikliklərlə əlavə maliyyə təminatı yaradılması nəzərdə tutulan sahələri də açıqlayıb. Onun sözlərinə görə, ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, turizmin inkişafı, bir sıra sosial və infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar əlavə maliyyə təminatının yaradılması ilə bağlı “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi və müvafiq sənədlər mövcud qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

 

“Azərbaycan Respublikasının Nazirlər Kabineti isə qanun layihəsini məqbul hesab edərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə müzakirə üçün Milli Məclisinə təqdim olunub”, deyə nazirlik rəsmisi bildirib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267