"AGBank"ın kredit portfelinin yarıdan çoxu problemlidir

agbank in kredit portfelinin yaridan coxu problemlidir

2017-ci ilin iyunun 30-a "AGBank" ASC-nin problemli kreditləri 143,852 mln. manat təşkil edib.

 

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın ümumi kredit portfeli 284,489 mln. manata bərabərdir. Beləliklə, kredit portfelinin 50,1%-i problemlidir.

 

Problemli kreditlərin 95,604 mln. manatı 66,5%-i Bakıda konsentrasiya olunub.


Ümumilikdə bankın kredit portfeli durmadan artmaqdadır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ilk yarısının sonuna qeyri-işlək kreditlər 39,775 mln. manat artıb. Həmin dövrdən etibarən hər rüb problemli kreditlərin məbləğində artım müşahidə olunmaqdadır. Belə ki, 2016-cı ilin II rübündə 104,077 mln. manat olan problemli kreditlər növbəti rübün sonuna 118 mln. 252,5 mln. manata (14 mln. 175,5 min manat artım), ilin yekununa isə 136,405 mln. manata (II rüblə müqayisədə 18 mln. 152,5 min manat artım) çatıb. Başqa sözlə, iki rüb ərzində problemli kreditlərin məbləği 32,329 mln. manat artıb.

 

Cari ilin əvvəlindən isə bankın problemli kreditlərin məbləği 7 mln. 446,5 min manat artıb. Belə ki, ilk rüb ərzində artım 3 mln. 844,2 min manat, II rübdə isə 3 mln. 602,3 min manat olub.

 

Qeyd edək ki, "AGBank" bu ilin ilk yarısını 1 mln. 575,43 min manatlıq zərərlə başa vurub. Bankın bölüşdürülməmiş zərəri isə 62 mln. 66,50 min manatdır (əvvəlki illərin xalis zərəri 60 mln. 491,07 min manat).

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
  • turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur
    Türkiyə prezidenti: “Körfəzdə böhranın davam etməsinin heç b...
turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ