"Audatex" sisteminin Azərbaycanda tətbiqi ilə bağlı işçi qrup yaradılacaq

audatex sisteminin azerbaycanda tetbiqi ile bagli isci qrup yaradilacaq

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçıların "Audatex Azərbaycan" şirkəti ilə görüşü keçirilib.

 

ASA-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Audatex Azərbaycan şirkətinin nümayəndələri və sığorta şirkətlərinin rəhbər və sahə üzrə əlaqədar şəxsləri iştirak edib.

 

Görüş zamanı "Audatex Azərbaycan" şirkətinin nümayəndəsi sistemin fəaliyyət mexanizmi barədə sığortaçılara məlumat verib və Audatex sisteminin Azərbaycan sığorta bazarında tətbiqi məsələsi müzakirə edilib. Həmçinin, sistemin Azərbaycanda tətbiqi üçün mövcud problemlər barədə fikir mübadiləsi aparılıb və bunun həlli üçün təkliflər irəli sürülüb.

 

Görüşün yekununda "Audatex" sisteminin tətbiqi üzrə Azərbaycan Sığortaçılar Assosiasiyası nəzdində İşçi Qrupunun yaradılması qərara alınıb.

 

Qeyd edək ki, Audatex fəaliyyətini Solera nəzdində həyata keçirən və İsveçrədə yerləşən Audatex Holding GMBH ve Audatex GMBH şirkətlərinin birgə əməkdaşlığı nəticəsində yaradılıb. Audatex 1960-cı illərdə zərərlərin tənzimlənməsi mexanizminin sadələşdirilməsi məqsədilə Almaniyada özəl bir avtomobil təmir mərkəzində şassi və işçilərlə bağlı məlumatların toplanması nəticəsində ortaya çıxıb.

 

1971-ci ildə Audatex zərərlərin təsbitində daha effektiv və etimad edilən bir sistem olması məqsədilə İsveçrə bazarına təqdim olunub. Audatex zərərlərin hesablanması və tənzimlənməsi mexanizmini 55-dən çox ölkəyə təqdim etmiş beynəlxalq şirkətdir. Bu ölkələrdə Audatex sığorta şirkətləri, ekspertlər və avtomobil təmir mərkəzləri arasında ortaq dilin istifadəsini təmin edərək bu sahədə standartları müəyyən edir və sektoru istiqamətləndirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267