Azərbaycan iqtisadiyyatı 1,2% artıb

azerbaycan iqtisadiyyati 1 2 artib

Bu ilin yanvar-aprel aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 22969,0 mln. manata çatıb.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5%, informasiya və rabitə sahələrində 7,8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5%, sənayedə 1,1%, digər xidmət sahələrində 0,8% artıb, tikintidə isə 10,4% azalıb.

 

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,1% artıb, neft sektorunda isə 0,1% azalıb.

 

ÜDM istehsalının 48,4%-i sənayedə, 9,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,7%-I nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,9%-i tikintidə, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 14,0%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib.

 

Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273