Azərbaycanda 2018-ci il üzrə əmək miqrasiya kvotası müəyyən olunub

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti  yaşamaq üçün icazələrin verilməsi” mövzusunda təlim keçirilib.

 

Konfederasiyadan “APA-Economics”ə verilən xəbərə görə, Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Xəyalə Abbasova və baş inspektoru  Lalə Süleymanzadə tərəfindən keçirilən iki günlük təlimdə iştirakçılara Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması  prosedurları haqqında ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2016-cı  il 14 mart tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na görə əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir.

 

İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu işəgötürən tərəfindən ödənilir. Bu məbləğ  3 ayadək 350 manat, 6 ayadək - 600 manat, 1 ilədək isə 1000 manat təşkil edir. İşəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəy üçün sorğu göndərilir.

 

Diqqətə çatdırılıb ki, təqvim ili ərzində əmək miqrasiyası kvotası dolduğu təqdirdə iş icazəsi verilmir. Kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Xarici İşlər, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti və Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət komissiya tərəfindən müəyyən edilir.

 

X. Abbasova bildirib ki, 2018-ci təqvim ilində Azərbaycanda əmək miqrasiya kvotası – yəni əmək fəaliyyətini həyata keçirmək üçün bir il ərzində Azərbaycan Respublikasına gəlmələrinə icazə verilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayının son həddi - 7300 nəfər müəyyən olunub.

 

Bundan başqa vurğulanıb ki, hər il, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 50 minə qədər müraciət daxil olur.

 

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan çətinliklərin və digər faydalı, işgüzar mövzuların müzakirəsi məqsədilə DMX-nin rəisi cənab Vüsal Hüseynovun rəhbərliyi ilə may ayının 18-də yerli və xarici iş adamları ilə görüş keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273