Azərbaycanda ilk dəfə “Muğanbank” avrokommersiya qiymətli kağızları proqramını beynəlxalq bazara çıxarıb

Bakı. Musa Əhmədov - APA-Economics. “Baker & McKenzie”, “BCP Securities” (ABŞ) və “BNP Paribas” (Böyük Britaniya) qurumlarının dəstəyi, təşkilatçılığı və iştirakı ilə “Muğanbank” ASC üçün avrokommersiya qiymətli kağızları proqramı yaradılıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, həmin proqram çərçivəsində ilk notlar buraxılaraq beynəlxalq bazarda yerləşdirilib. Notların emissiyasından əldə olunan pul vəsaitləri bankın ümumi inkişafı istiqamətində istifadə olunacaq. Bununla da Azərbaycanda ilk dəfə “Muğanbank” avrokommersiya qiymətli kağızları proqramını beynəlxalq  bazara  çıxarıb.

 

Qeyd edək ki, “Muğanbank” ASC 1992-ci ildə yaradılıb və artıq 22 ildir ki, geniş əhali kütləsinə, müəssisə və təşkilatlara bütün növ bank xidmətləri göstərməklə ölkənin qabaqcıl maliyyə institutlarından birinə çevrilib. Bank respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən layihələrdə fəal iştirak edir, işgüzar əlaqələrin inkişafı və müxbir münasibətlərin genişləndirilməsi istiqamətində aktiv siyasət həyata keçirir.

 

“Muğanbank” ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2013-cü ildə Azərbaycandakı fəaliyyətinə dair hesabatlarına əsasən, “Muğanbank” ASC AYİB-in Ticarətə Yardım Proqramı çərçivəsində 2013-cü ildə Azərbaycanda ticarətin maliyyələşdirilməsi sahəsində ən fəal emitent bank adına layiq görülüb. AYİB-in 2014-cü ilin 14-16 may tarixlərində Varşavada keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutan təntənəli mərasimdə “Muğanbank” ASC AYİB tərəfindən mükafatla təltif olunub.

 

Bankın 2014-cü ilin I rübünə olan maliyyə hesabatına əsasən, nizamnamə kapitalı 41,3 mln. manat, məcmu kapitalı isə 51,6 mln. manat təşkil edir. Bu isə Mərkəzi Bank tərəfindən qarşıya qoyulan nizamnamə kapitalının minimum həddinə çatmasının əsas göstəricisidir.

 

Qeyd edək ki, “Muğanbank” müştərilərinə daha keyfiyyəti xidmət göstərmək və regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaratmaq məqsədilə Respublikanın rayonlarında yeni filiallar açaraq xidmət şəbəkəsini genişləndirir. Hazırda “Muğanbank”ın ölkə ərazisində 38 filialı və 7 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. Bankın həmçinin Moskva şəhərində də nümayəndəliyi fəaliyyət göstərir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ