Azərbaycanda kənar auditorlara dair tələblər müəyyənləşib

azerbaycanda kenar auditorlara dair telebler mueyyenlesib
Bakı. Ramiz Mikayıloğlu - APA. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar”ı təsdiqləyib.

APA-nın məlumatına görə, Qaydalar noyabr ayından qüvvəyə minib.

 

Bu, investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının kənar auditorlarına dair tələbləri müəyyən edir. Kənar auditor investisiya şirkətində, fond birjasında, klirinq təşkilatında və investisiya fondunun depozitarında kənar auditi həyata keçirən auditor təşkilatıdır.

 

Audit subyektlərinin kənar auditoru auditor fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olmalı, audit subyektlərinin aidiyyəti şəxsi olmamalı, ən azı iki mütəxəssisi beynəlxalq mühasiblik dərəcəsinə və  audit fəaliyyəti üzrə azı 3  il iş təcrübəsinə malik olmalıdır. Kənar auditor öz yoxlamasını audit subyektlərindən və onların səhmdarlarından asılı olmadan müstəqil aparmalıdır. Kənar auditorun müstəqilliyi onun mütəxəssislərinin müstəqil fikrinə və müstəqil görüntüsünə əsaslanmalıdır.

 

Kənar auditorun müstəqilliyi aşağıdakı təhlükələrin ona mühüm dərəcədə təsir göstərdiyi təqdirdə və bu təhlükələri qəbul oluna biləcək səviyyəyə endirmək mümkün olmadığı hallarda itirilmiş hesab olunur:

 

- şəxsi mənafeyi güdmə təhlükəsi – kənar auditorun audit subyektlərində maliyyə maraqlarından və ya həmin audit subyektlərinin maraqlarına zidd olmasından faydalana biləcəyi təqdirdə əmələ gəlir;

 

-   özünü yoxlama təhlükəsi – audit yoxlamasının nəticələrini əldə etmək üçün əvvəlki nəticələri və mülahizələri yenidən qiymətləndirmək lazım gəldikdə və ya mütəxəssisin keçmişdə audit subyektlərinin məsul işçisi olduğu təqdirdə yaranır;

 

-  təşviq etmə təhlükəsi – audit subyektlərinə qarşı mövqeyin və ya həmin audit subyektləri haqqında rəyin obyektivliyini təhlükə qarşısında qoyan kənar auditorun təşviqedici fəaliyyəti nəticəsində yaranır;

 

-   yaxınlıq təhlükəsi – audit subyektləri, onun aidiyyəti şəxsləri və ya işçiləri ilə yaranmış yaxın münasibətlər maraqlar münaqişəsinə səbəb olduqda yaranır;

 

-    hədələnmə təhlükəsi – audit subyektlərinin aidiyyəti şəxsləri və ya işçiləri tərəfindən kənar auditor hədə-qorxulara məruz qaldıqda və ya məruz qalacağı güman edildikdə onun obyektivliyinin itirilməsinə səbəb olacağı təqdirdə yaranır.

 

Kənar auditor auditi həyata keçirərkən audit subyekti haqqında əldə etdiyi kommersiya sirri və qanunla mühafizə edilən digər məlumatları qorumalıdır. Audit subyektləri kənar auditoru seçməkdə sərbəstdirlər.  Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorun dəyişdirilməsi maliyyə ilinin bitməsinə ən geci bir ay qalmış həyata keçirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ