Bakıda ümumi tranzit proseduru və yeni kompüterləşdirilmiş tranzit sisteminə dair seminar keçirilir

bakida umumi tranzit proseduru ve yeni komputerlesdirilmis tranzit sistemine dair seminar kecirilir

Mayın 16-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) haqqında məlumatlandırma" mövzusunda seminar başlayıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən xəbərə görə, seminar DGK-nın əməkdaşları üçün nəzərdə tutulub.

 

Tədbirin açılış mərasimində Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Səməd Qaralov Azərbaycanın tranzit potensialının artırılması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət barədə məlumat verib. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələr ölkənin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, Şimal-Cənub, Şərq-Qərb və əks istiqamətlərdə yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradacaq.

 

Səməd Qaralov Azərbaycan Respublikasının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlüyü ilə bağlı görülən işlərdən və bu sistemin ölkənin tranzit potensialının artırılması sahəsində əhəmiyyətindən də bəhs edib.

 

Ekspertlər adından Slovakiya Respublikası Maliyyə Direktorluğunun gömrük bölməsinin direktor müavini Marian Çodak Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını bildirib və seminarın gömrük nəzarəti və beynəlxalq ticarətin səmərəli həyata keçirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Seminar zamanı ekspertlər Marian Çodak, Miroslav Bujna və Aivaras Piqaqa "Çıxış və təyinat gömrük orqanlarında həyata keçirilən sadələşdirilmiş prosedurlar" , "Araşdırma/Borcun ödənilməsi proseduru", "Gömrük təminatı", "NCTS-də informasiya texnologiyaları məsələləri", "Tranzit üçün Avtomatlaşdırılmış Zəmanət İdarəetmə Sistemi" və digər mövzularda iştirakçıları məlumatlandıracaq.

 

Seminar bu gün başa çatacaq.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
14:41 24 May
11:49 24 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nato quru qosunlari komandanliginin qerargah reisi azerbaycan ordusunun kesfiyyat boluyunun telimini izleyib
    NATO Quru Qoşunları Komandanlığının qərargah rəisi Azərbayca...
  • turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi
    Türkiyə səfiri: "Qafqaz İslam Ordusu Azərbaycanın azadlığını...
turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi turkiye sefiri qafqaz islam ordusu azerbaycanin azadliginin bugunku serhedlerine qovusmasinin yolunu acdi +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2018

USD
1.7
 
EUR
1.9904
 
RR
0.0277