"Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya ödənişinə başlanıb

bank of azerbaijan in emanetcilerine kompensasiya odenisine baslanib

Bakı - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu bu gündən "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank" və "Rabitə Bank" seçilib.

 

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 29 yanvar 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin filiallarından, agent bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

 

Agent banklardan məlumat almaq üçün qaynar xətt:

 

- "933" - "Muğanbank” ASC-nin qaynar xətti;

 

- "133" - "Rabitə Bank" ASC-nin qaynar xətti.

 

Fond əmanətçilərin ərizələrini 29 yanvar 2016-cı il tarixdən başlayaraq bir il ərzində qəbul edir.

 

Müraciət  edən əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə həmin şəxslərə operativ şəkildə kompensasiya ödəniləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ