BVF: Azərbaycanda yüksək dövlət investisiyaları iqtisadi artıma töhfə verir

bvf azerbaycanda yuksek dovlet investisiyalari iqtisadi artima tohfe verir

“Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2017-ci ildəki gözləntiləri üstələyib. Orta müddətli perspektivdə bu regionda iqtisadi artım sabitləşəcək”.

 

“APA-Economics” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında deyilir.

 

Hesabatda qeyd olunub ki, 2017-ci ildə neft qiymətlərinin kəskin yüksəlməsi nəticəsində Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4% təşkil edib. “Azərbaycanda yüksək dövlət investisiyaları digər sektorlarda olan zəifliyi kompensasiya edərək artıma töhfə verib,” – deyə hesabatda bildirilir.

 

Hesabat müəllifləri qeyd edir ki, neft ixrac edən ölkələrin fiskal mövqeyi də yaxşılaşıb: “Kapital xərcləri ilə bağlı əsaslı artım planları Azərbaycanda iqtisadiyyatın absorbasiya qabiliyyətini yüksəldə bilər. Hazırda ölkədə fiskal qaydalar işlənib hazırlanır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agir senaye ve masinqayirmanin inkisafina dair strateji yol xeritesi uzre tedbirlerin 9 i icra edilmeyib
    Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol ...
  • oktyabrda bakida global influencer day kecirilecek
    Oktyabrda Bakıda “Global İnfluencer Day” keçiriləcək...
oktyabrda bakida global influencer day kecirilecek oktyabrda bakida global influencer day kecirilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027