Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar üzrə proqnoz 30% artırılır

dovlet gomruk komitesinin xetti ile daxilolmalar uzre proqnoz 30 artirilir

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 mlrd. 155 mln. manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 mln. manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 546,2 mln. manat və ya 20,9% çoxdur.

 

"APA-Economics" xəbər verir ki, bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

 

2018-ci ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə proqnoza qarşı daxilolmalar 36,9%, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çox, o, cümlədən əlavə dəyər vergisi üzrə daxilolmalar müvafiq olaraq 34,8% və 38,2%, gömrük rüsumları üzrə daxilolmalar isə 60,1% və 25,9% çox icra olunub. Eyni zamanda, cari ilin yanvar-aprel aylarında ölkə üzrə idxalın həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,9% çox olub. Qeyd olunan artımlar Dövlət Gömrük Komitəsi üzrə dövlət büdcəsinə daxilolmaların yenidən hesablanmasını zəruri edib.

 

Dövlət Gömrük Komitəsinin xətti ilə gəlir növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:

 

  • əlavə dəyər vergisi üzrə 2 mlrd. 213 mln. manat daxilolma nəzərdə tutulub ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 508 mln. manat və ya 29,8% çoxdur.
  • Gömrük rüsumları üzrə 740 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 205 mln. manat və ya 38,3% çoxdur.
  • Yol vergisi üzrə 30 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 12 mln. manat və ya 66,7% çoxdur.

 

Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 2018-ci ilin təsdiq edilmiş proqnoza qarşı 35 mln. manat artım nəzərdə tutulur ki, bunun da  10 mln. manatı Müdafiə Nazirliyinin payına, 25 mln. manatı isə Dövlət Gömrük Komitəsinin payına düşür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267