Fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı artıb

ferdi ucot sisteminde qeydiyyatda olan ecnebilerin sayi artib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi hesaba malik əcnəbilərin sayında da mütəmadi artım müşahidə olunur.

 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Eocnomics”ə verilən məlumata görə, sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı ötən ay 207 nəfər, 2016-cı il ərzində isə 6 078 nəfər artaraq, cari ilin yanvarın 1-nə 33 940 nəfər təşkil edib. Ümumilikdə ötən ildə fərdi hesabı açılan əcnəbilərin sayı 2015-ci illə müqayisədə 13,9% və ya 744 nəfər çox olub. Sistemdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının 88,3%-i (29 980 nəfər) kişilərdən, qalanları isə qadınlardan ibarətdir.

 

Ölkəmizdə fərdi hesabı olan əcnəbilər kimi, onların təmsil etdikləri ölkələrin sayı da artır. Bu gün artıq fərdi uçot sistemində ümumilikdə 124 ölkəyə aid əcnəbi şəxs qeydiyyatdadır. Onların arasında Тürkiyə (15 686 nəfər), Gürcüstan (3 285 nəfər)  Rusiya (1 964) vətəndaşları çoxluq təşkil edirlər. Yəni sistemdə qeydiyyatda olan əcnəbilərin 61,7%-i (20 935 nəfər) yalnız bu üç ölkənin payına düşür. Həmçinin fərdi hesabı olanlar arasında Özbəkistan (1817), Hindistan (1 454), İran (1 054), Çin (927), Banqladeş (880), Pakistan (720), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (683), Ukrayna (565), Türkmənistan (330), Filippin (309), ABŞ (297), Almaniya (273), Qazaxıstan (258), İtaliya (222)  və s. ölkələrin vətəndaşları da var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida onlarla evde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda onlarla evdə çökmə baş verib, bir neçə ailə evakua...
  • nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur
    Nazir: “Vyana razılaşması Azərbaycanın maraqlarına uyğundur”...
nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur nazir vyana razilasmasi azerbaycanin maraqlarina uygundur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ