“Fitch”: 2018-ci ildə Azərbaycanda büdcə profisitlə icra olunacaq

fitch 2018 ci ilde azerbaycanda budce profisitle icra olunacaq

“Ölkənin tədiyyə balansı yaxşılaşmağa başlayıb”.

                                           

Bu barədə “APA-Economics” “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

 

Bildirilir ki, neft qiymətlərinin yüksəlməsi ilə tədiyyə balansı 2017-ci ilin 2-ci rübündən etibarən profisitə keçib. Hesablamalarımıza görə, il sonuna profisit 3,1%-ə yüksələcək. Nəticədə, xarici valyuta ehtiyatları 22% artıb, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri isə 2017-ci ilin sonuna 35,8 milyard dollara yüksəlib ki, bu da ötən il ÜDM-in 87,4%-nə bərabər olub. 2016-cı ildə isə Neft Fondunun aktivləri 33,1 milyard dollar olub. Düşünürük ki, neft qiymətlərinin sabitləşməsi və 2019-cu ildə yeni fiskal qaydalar əsasında dövlət büdcəsinə nəzərdə tutulan transfertlərin məhdudlaşdırılması ilə Fondun aktivlərinin həcmi  artmaqda davam edəcək, ” – deyə məlumatda bildirilir.

 

Hesabatın müəllifləri qeyd edir ki, kapital xərclərinin artmasına baxmayaraq, neft qiymətlərinin yüksəlməsi nəticəsində 2018-ci ildən büdcə profisitlə icra olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub
    Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ...
  • fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2
    FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlum...
fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 fhn bakida restoranda bas vermis yanginla bagli resmi melumat yayib yenilenib 2 +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272