"Fitch" Asiya İnfrastruktur İnvestisiyaları Bankına ən yüksək reytinqi verib

fitch asiya infrastruktur investisiyalari bankina en yuksek reytinqi verib

"Fitch" beynəlxalq reytinq agentliyi Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) uzunmüddətli öhdəlikləri üzrə reytinqini "AAA+", qısamüddətli öhdəlikləri üzrə isə "F1+" səviyyəsində təsdiqləyib.

 

"APA-Economics" xəbər verir ki, mümkün olan ən yüksək reytinq üzrə proqnoz stabildir.

 

"Bu reytinq bankın mövcud və gözlənilən güclü tərəflərini əks etdirir. Bankın kifayət qədər güclü kapitallaşmaya malikdir. Bankın güclü və keyfiyyətli menecmentə malik olması riskləri minimuma endirir", - deyə agentliyin açıqlamasında qeyd edilib.

 

Asiya İnfrastruktur İnvestisiyaları Bankı 2015-ci ildə Çinin təşəbbüsü ilə təsis olunub. Maliyyə təşkilatının nizamnamə kapitalı 100 mlrd. dollara bərabərdir. Bankın ən iri səhmdarları Çin (26,06%), Hindistan (7,5%) və Rusiyadır (6%). Hazırda 57 ölkə bankın üzvüdür.
 

Azərbaycan banka 2016-cı ilin iyulun 24-də üzv olub. Ölkəmizin bankın nizamnamə kapitalında iştirak payı 0,2732% (254,1 mln. dollar) təşkil edir.

 

Onu da qeyd edək ki, AİİB TANAP layihəsinə 600 mln. dollar kredit ayrılması ilə bağlı qərar qəbul edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
  • turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur
    Türkiyə prezidenti: “Körfəzdə böhranın davam etməsinin heç b...
turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur turkiye prezidenti korfezde bohranin davam etmesinin hec bir menasi yoxdur +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ