Rüfət Aslanlı sığorta müqavilələrinin müştərilər üçün tam aydın şəkildə tərtib olunmasını tələb edib

rufet aslanli sigorta muqavilelerinin musteriler ucun tam aydin sekilde tertib olunmasini teleb edib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüşüb.

 

Palatadan "APA-Economics"ə verilən məlumata görə, ötən il sığorta şirkətlərinin rəsmiləri ilə bir neçə məhsuldar görüşlərin keçirildiyini xatırladan R.Aslanlı, bu görüşlərin bu il də uğurla davam edəcəyini qeyd edib. 2017-ci ildə palatanın fəaliyyətinin əsas fokuslarından birinin sığorta sektorunun inkişafı olacağını vurğulayan sədr, sektorun yetərincə kapitallaşması və ictimai etimadın bərpa edilməsi istiqamətində silsilə tədbirlərin nəzərdə tutulduğunu bildirib.

 

Görüş zamanı istehlakçıların hüquqlarının qorunması istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə müqavilələrin müştərilər üçün tam aydın şəkildə tərtib olunmasının vacibliyi xüsusi vurğulanıb. R.Aslanlı həmçinin bildirib ki, sığorta şirkətləri sığorta müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi təqdirdə müştərilərlə yanaşı, rəhbərlik etdiyi qurumun qarşısında da cavabdeh olacaqlar.

Görüş 2016-cı ilin nəticələri və sığorta sektorunun mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan təqdimatın nümayişi və sektorun rəqabət qabiliyyətliliyin daha da artırılması istiqamətində nəzərdə tutulan tədbirlərə dair geniş müzakirələrlə davam edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:37 28 Aprel
14:13 28 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • asan xidmet in emek munasibetlerinin monitorinqi merkezi yaradilir
    "ASAN Xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ya...
  • 174 accessbank sahibkarlar ucun nfs layihesini heyata kecirir
    ® AccessBank sahibkarlar üçün NFS layihəsini həyata ke...
174 accessbank sahibkarlar ucun nfs layihesini heyata kecirir 174 accessbank sahibkarlar ucun nfs layihesini heyata kecirir +2
MƏZƏNNƏ
FOREX
/ 29 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ