"Silikon vadisi"nin biznes inkubatorunun qurucusu İİTKM-da olub

İqtisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın Kaliforniya ştatının "Silikon vadisi"ndə 1995-2005-ci illərdə biznes inkubatorlarının qurucusu kimi tanınan və "Finding My Place" təşkilatının həmtəsisçisi xanım İnqrid Rosteni qəbul edib.

 

İqtisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə əsasən "Azexport" portalı, eləcə də prezidentin fərmanı əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı barədə danışılıb.

 

İİTKM-nin icraçı direktoru bildirib ki, Rəqəmsal Ticarət Qovşağı vahid ixrac pəncərəsini təqdim edəcək. Bununla da sahibkarlarımız daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər. Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarlarımızın xarici partnyorlarla əlaqələrini daha da asanlaşdıracaq.

 

İ.Rosten Azərbaycanda belə bir rəqəmsal qovşağın yaradılmasını müsbət hal hesab edib. O əlavə edib ki, bu Azərbaycanın rəqəmsal lider kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə öz töhfəsini verəcək. İ.Rosten Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu əlavə edib.


Qeyd edək ki, İ.Rosten NASA-da kosmik tədqiqatlar üzrə müxtəlif tətbiqlərin hazırlayıcısı və ideya müəllifidir. O, 2014 2015-ci illərdə "Hack the Moon" və "Hackathons" applikasiyalarının müəllifidir. Bu applikasiyalar cəmiyyətdə kosmosla bağlı dünyada mövcud olan problemlərin həllinə yönəlib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ