Tramp ətrafındakı qalmaqal dünyanın ən zəngin insanlarına 35 mlrd. dollara başa gəlib

tramp etrafindaki qalmaqal dunyanin en zengin insanlarina 35 mlrd dollara basa gelib

Mayın 17-də ABŞ prezidenti Donald Tramp administrasiyası ətrafında yaranan qalmaqala görə ABŞ və digər ölkələrin fond bazarında kəskin dəyişiklik səbəbindən dünyanın 500-dən çox zəngin insanının ümumi sərvəti 35 mlrd. dollar azalıb.

 

APA-Economics” xəbər verir ki, ötən gün proqram təminatının hazırlanması ilə məşğul olan Microsoft şirkətinin səhmlərinin 2% ucuzlaşması səbəbindən planetin ən varlı insanı Bill Qeyts 1 mlrd. dollar itirib. “Bloomberg” agentliyinin son hesablamalarına görə, B.Qeytsin sərəncamında 86,6 mlrd. dollar vəsait var.   

 

“Amazon” şirkətinə rəhbərlik edən amerikalı sahibkar Ceffri Bezosun itkiləri isə 1,7 mlrd. dollara bərabər olub. Belə ki, ötən gün Amazon şirkətinin səhmləri 2,2% dəyərdən düşüb. Buna görə də D.Bezosun aktivləri 81,9 mlrd. dollara qədər azalıb. 

 

İspaniyanın tekstil şirkəti “Inditex” və “Zara” ticarət markasının sahibi Amansio Orteqanın zərəri isə 355 mln. dollar olub. Onun sərvəti 83,2 mlrd. dollara qədər azalıb. Maraqlıdır ki, sərvətinin azalmasına baxmayaraq A.Orteqa planetin ən varlı insanları siyahısında D.Bezosu qabaqlayaraq 2-ci yerə yüksəlib.

 

“Facebook”un yaradıcısı Mark Zukerberq isə 2 mlrd. dollar itirib. Belə ki, “Facebook”un səhmləri 3,3% azaldığından M.Zukerberqin sərvəti 62,3 mlrd. dollara qədər azalıb.

 

Qeyd edək ki, “Bloomberg” agentliyinin hesablamalarına görə, dünyanın 500-dən çox zəngin insanının ümumi sərvəti 4,9 trln. dollar təşkil edir.

  

Xatırladaq ki, mayın 15-də “The Washington Post” qəzeti iddia edib ki, Tramp ötən həftə Ağ Evdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə görüşdə “İslam Dövləti” terrorçu təşkilatı ilə bağlı məxfi məlumatları onlarla bölüşüb. Mayın 16-da “The New York Times” nəşri məlumat verib ki, D.Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini vəzifədən çıxartmazdan əvvəl ondan milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Maykl Flinna barəsində istintaqı dayandırmasını istəyib. Bu məlumatlar ABŞ-da “bomba effekti”nə səbəb olub və D.Trampın prezidentlik müddətinin vaxtından əvvəl başa çatacağı ilə bağlı iddiaların yaranmasına gətirib çıxardıb. Xüsusilə, ABŞ Konqresində bəzi demokratlar impiçmentin mümkünlüyü barədə danışıblar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gence i beynelxalq musiqi festivali kecirilib
    Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib
  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ