Vergi orqanlarına müraciətlərin sayı 11% azalıb

vergi orqanlarina muracietlerin sayi 11 azalib

Bu ilin fevral ayı ərzində vergi orqanlarına 9 031 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azdır.

 

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, müraciətlərin 41,8%-i müxtəlif arayışların alınması, 23,2%-i kameral vergi yoxlamaları, 13,7%-i vergi borcları, 3,4%-i vergi qanunvericiliyinin tətbiqi, 2,8% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4%-i səyyar vergi yoxlamaları, 0,7%-i qəbul, 0,4%-i işlə təmin olunma, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i operativ vergi nəzarəti tədbirləri, 0,1%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 69,2%-i müsbət həll olunub.

 

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 388 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən fevralın 24-də vergilər naziri tərəfindən Gədəbəy rayonunda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan 30 vətəndaş qəbul edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib
    Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəq...
  • mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib
    Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su...
mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ