Yaxın günlərdə yanvar ayının pensiyaları təqaüdçülərin hesablarına köçürüləcək

yaxin gunlerde yanvar ayinin pensiyalari teqaudculerin hesablarina kocurulecek

“Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq. Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil”.

 

Bunu "APA-Economics"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib”, - deyə E.Babayev əlavə edib.

 

E.Babayev qeyd edib ki, cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur: “Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmazlığı kimi qiymətləndirilməsi doğru deyil. Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ