Ziddiyyətli statistika nefti ucuzlaşdırır

ziddiyyetli statistika nefti ucuzlasdirir

Dünya birjalarında neft ucuzlaşıb.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar azalaraq 52,15 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar azalaraq 55,07 dollar olub.

Son günlər bazar iştirakçıları neft bazarında tələblə təklif arasında balansın pozulmasına dair ziddiyyətli xəbərlər almaqdadır.

 

Bazarı Səudiyyə Ərəbistanın açıqlaması ümidləndirib. Ərəb ölkəsi bəyan edib ki, neft nəqlini azaldacaq.

 

"BMI Research" şirkəti hesab edir ki, neftin hasilatının azaldılmasına dair OPEC üzvlərinin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ehtimalı 73% təşkil edir. Bu isə ilk göstəricidən yüksəkdir.

 

Bununla yanaşı, ABŞ-da gündəlik neft hasilatı 8,9 mln. barrelə çatıb ki, bu da aprel ayından etibarən rekord göstəricidir. Bununla yanaşı, Qazaxıstan hasilatı artıracağını bəyan edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

05:54 29 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • vasinqtonda 2 ci trans xezer serq qerb ticaret ve tranzit forumu cercivesinde abs konqresi ve dunya bankinda tedbirler teskil edilib
    Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Fo...
  • gurcustanda beynelxalq xalca festivalinin acilisi olub
    Gürcüstanda Beynəlxalq Xalça Festivalının açılışı olub...
gurcustanda beynelxalq xalca festivalinin acilisi olub gurcustanda beynelxalq xalca festivalinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ