"Abdulla Şaiq. Biblioqrafiya” kitabının və “Abdulla Şaiq” elektron məlumat bazası təqdim olunub

abdulla saiq biblioqrafiya kitabinin ve abdulla saiq elektron melumat bazasi teqdim olunub

M. F. Axundov adına Milli Kitabxanada “Abdulla Şaiq. Biblioqrafiya” kitabının və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru  Kərim Tahirov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova iştirak edib, kitabın əhəmiyyətindən, Abdulla Şaiq irsinə olan diqqətdən danışıblar. 

 

Vaqif Əliyev kitabın çap olunmasının əhəmiyyətini qeyd edərək bildirib ki, ədəbiyyat xadimlərinin irsinə olan qayğı və diqqət bundan sonra da davam edəcək. Nazir müavini əlavə edib ki, vəsait şairin keçdiyi dolğun həyat yolunu və zəngin yaradıcılığını əks etdirmək baxımından çox əhəmiyyətlidir.

 

Şəhla Qəmbərovanın sözlərinə görə, biblioqrafiyanın hazırlanmasına 2014-cü ildə başlanıb: “Elmi kitabxanaların fondlarından, Abdulla Şaiqin mənzil-muzeyinin eksponatlarından, faktlardan istifadə edilib. Kitabda 2000-dən çox mənbə göstərilib. Təqdim olunan 448 səhifəlik biblioqrafik topluda Abdulla Şaiqin 1906-2016-cı ilədək nəşr olunan əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əks olunub”.

 

Qeyd edək ki, kitab və elektron məlumat bazası Abdulla Şaiqin anadan olmasının 135 illiyi münasibətilə hazırlanıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:33 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mingecevirde su festivali cercivesinde konsert olub
    Mingəçevirdə su festivalı çərçivəsində konsert olub
  • xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya
    Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Mingəçevir o...
xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya xezerden baslayan su seyahetinin novbeti unvani mingecevir olub fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8242
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ