Azərbaycan ədəbiyyatı Berlində təqdim olunub

Azərbaycan Tərcümə Mərkəzinin, Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrindən olan "Sirr" (Azərbaycan hekayələri) kitabı Berlində təqdim olunub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, Almaniyanın “Hans-Yürgen Maurer” nəşriyyatında çap edilən kitabın təqdimat mərasimi Berlin Poeziya Evində baş tutub.

Mərasimi giriş sözü ilə tədbirin moderatoru, filologiya elmləri doktoru Maykl Hess açıb: “Bu kitab XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti, adət-ənənəsi və xalqı ilə yaxından tanış olmaq üçün bir pəncərədir. Özünün və ölkəsinin mənzərəsini öz əsərində əks etdirmiş yazıçıların bir araya gətirilməsi, ümumilikdə bu ölkə və onun xalqı, milli-mənəvi dünyası və düşüncəsi haqqında geniş təsəvvür yaradır”.

 

Söz toplunun “Ön söz”ünün müəllifi - Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn cəmiyyətinin sədri Ziqlinde Hartmana verilib.

O, kitabın Almaniya-Azərbaycan ədəbiyyatları arasında körpülərin yaradılmasında əhəmiyyətli rolundan danışaraq, bu layihənin hər iki ölkənin söz mədəniyyətinə öz töhfəsini verəcəyini bildirib.

Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud Azərbaycan ədəbiyyatının tarixindən, müasir mənzərəsindən, Mərkəzin son illərdə həyata keçirdiyi çoxsaylı beynəlxalq layihələrindən söz açıb.

 

Daha sonra topluya daxil olunan hekayələr oxunub. Almaniya Televiziya və Radio verilişləri aktrisası Nina Vestin ifasında Maqsud İbrahimbəyovun, Mövlud Süleymanlının və Afaq Məsudun hekayələri təqdim olunub.

 

Qeyd edək ki, müasir Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Afaq Məsud kimi ədəbi simalarının hekayələri toplanmış kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
  • meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam
    Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Mek...
meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273