Azərbaycan haqqında nəşrlər Braziliya Senatının kitabxanasına hədiyyə olunub

Heydər Əliyev Fondu və Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü, Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, senator Kristovam Buarkenin dəstəyi ilə Braziliya Federal Senatının akademik Luiz Viana Filyo adına kitabxanasına Fondun Azərbaycan haqqında nəşrləri hədiyyə olunub.

 

Heydər Əliyev Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Braziliya parlamentinin üzvləri, xarici ölkələrin səfirləri və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada elm, təhsil, mədəniyyət, idman, sosial, ətraf mühit və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.

 

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Heydər Əliyev Fondunun Braziliya Senatının kitabxanasına təqdim edilən Azərbaycan haqqında nəşrlərindən bəhs edərək bu tədbirin Azərbaycanla Braziliya arasında əlaqələrə töhfə verdiyini qeyd edib. O, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib, prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb. Səfir E. Sultanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun müxtəlif sahələrdə, o cümlədən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirdiyini bildirib.

 

Təhsil sahəsinin Azərbaycanda əsas prioritetlərindən biri olduğunu qeyd edən E. Sultanov ölkəmizdə savadlılığın 100 faiz səviyyəsində olduğunu və son illərdə üç mindən artıq yeni məktəbin inşa edildiyini diqqətə çatdırıb. O, senator K. Buarkeyə tədbirin təşkilində göstərdiyi dəstəyə və ikitərəfli münasibətlərin genişlənməsinə verdiyi töhfəyə görə təşəkkür edib. Braziliya Konqresi ilə əməkdaşlığa toxunan səfir Braziliya Deputatlar Palatasının prezidenti Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin 30 oktyabr-2 noyabr tarixlərində Azərbaycana rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.

 

Senator K. Buarke isə Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrlərinin hədiyyə edilməsinə görə Fonda və səfirliyə minnətdarlığını bildirib. O, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edərək Azərbaycanın müxtəlif sahələrdə inkişafından, o cümlədən təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb.

 

Senator Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi yaradıcılığına və mütərəqqi ideyalarına valeh olduğunu bildirərək, onun səkkiz əsr əvvəl yaratdığı əsərlərlə tanış olmağı vacib sayıb və  Heydər Əliyev Fondunun “Nizamin Gəncəvi. Aforizmlər” kitabını özünün portuqal dilinə tərcümə etdiyini qonaqların diqqətinə çatdırıb. K. Buarke Heydər Əliyev Fondunun hədiyyə etdiyi nəşrlərin Azərbaycan haqqında məlumatların Braziliya oxucusuna çatdırılmasında əvəzsiz rol oynayacağına əminliyini ifadə edib.

 

Sonra səfir E. Sultanov Azərbaycan haqqında nəşrlərin Heydər Əliyev Fondu tərəfindən Braziliya Senatının kitabxanasına hədiyyə olunmasına dair sertifikatı kitabxananın direktoru Helena Vyeyraya təqdim edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida daha bir kuce temirden sonra suruculerin istifadesine verilib
    Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə...
  • bdu da 31 mart soyqirimi qurbanlari anilib
    BDU-da 31 mart soyqırımı qurbanları anılıb
bdu da 31 mart soyqirimi qurbanlari anilib bdu da 31 mart soyqirimi qurbanlari anilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ