Azərbaycan hekayələri kitabı Avstriya, İsveçrə, Lüksemburq, Lixtenşteyn və Almaniya kitabxanalarına yerləşdirilib

azerbaycan hekayeleri kitabi avstriya isvecre luksemburq lixtensteyn ve almaniya kitabxanalarina yerlesdirilib

Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr uğurlu nəticələr göstərməkdə davam edir.

 

Bu barədə APA-ya mərkəzdən bildirilib. Məlumata görə, bu il Berlində işıq üzü görmüş və geniş təqdimatı keçirilən “Sirr” (Azərbaycan hekayələri) kitabı Avropanın bir sıra mərkəzi kitabxanaları ilə yanaşı, İsveçrənin Sürix Mərkəzi Kitabxanası, Bern Universitetinin İslamşünaslıq və Müasir Şərq Filologiyası İnstitutu, Bazel Universiteti, Frayburq Universitetinin Şərq və Mərkəzi-Şərqi Avropa üzrə kitabxanasına, Avstriyanın Vyana Universiteti kitabxanası, Hammer-Purqştal adına Avstriya Şərq-Cəmiyyətinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnformasiya Mərkəzi, Tirol Universiteti kitabxanası, Qrats Universiteti Kitabxanası, Zalsburq Universiteti kitabxanası, Robert Muzil adına Ədəbiyyat araşdırmaları və Ədəbiyyat Arxivi İnstitutu, Avstriya Milli kitabxanası, Semerniq Şəhər Kitabxanası, Turizm məktəblərinin İctimai Kitabxanası, Ştokerau şəhərinin ictimai kitabxanası, Böyük Florian İcması Kitabxanası, Alpbax şəhər kitabxanası, Vyana İctimai Kitabxanasına, həmçinin Lixtenşteynin Lixtenşteyn Kitabxanalar Şəbəkəsinə, Lüksemburqun Lüksemburq Universiteti kitabxanasına, eyni zamanda Almaniyanın 80-dən çox kitabxanalarına yerləşdirilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • elektron imza ve etibarli xidmetler huquqi ve texniki bazanin tekmillesdirilmesi muzakire olunub
    “Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki baza...
  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
174 gilan sahmat turniri kecirilib 174 gilan sahmat turniri kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276