“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda konfrans başlayıb

Bakı. Cavid Zeynallı – APA. “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II Beynəlxalq elmi konfrans başlayıb.

 

APA-nın məlumatına görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan mühacirət ədəbiyyatının çoxcəhətli əhəmiyyətini, onun tədqiq olunmasını zəruri edən amillər, bu sahədə ədəbiyyatşünaslığın qarşısında duran vəzifələri qeyd edib. İ. Həbibbəyli bildirib ki, konfrans mühacirət ədəbiyyatına daha sistemli yanaşmağa xidmət edir: “Mühacirət ədəbiyyatı üzrə artıq elmi işlər yazılır, müdafiə edilir. Mühacirət ədəbiyyatı ölkədən kənarda yaransa da Azərbaycan ədəbiyyatının tərkib hissəsidir. Ona görə də mühacirət ədəbiyyatı seriyasından bir neçə kitab çap ediləcək. Biz bu ədəbiyyata kompleks yanaşmalıyıq”.

 

Akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nərgiz Axundova və başqaları mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən, konfransın əhəmiyyətindən danışıblar.

 

Daha sonra mühacirət ədəbiyyatının problemlərindən bəhs edən məruzələr dinlənilib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ