Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi altı kitabın təqdimatını keçirib

Bakı. Cavid Zeynallı - APA. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, “Parlaq imzalar” nəşriyyatında çap olunmuş “Bartlbi və çevrəsi”, “Səsindən tanıdılar payızı”, “Dədə Qorqud”, “Tənha”, “Alman malı”, “Azəristan ölkəsi” adlı kitabların təqdimat mərasimi keçirilib.

 

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni çapdan çıxmış kitablar oxuculara və idarənin şəbəkəsinə tabe olan digər kitabxanalara paylanılıb. Təqdimatda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, “ATV Kitab” layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu və idarənin digər əməkdaşları iştirak ediblər.

 

V. Zeynalov bildirib ki, bundan sonra da il ərzində mütəmadi olaraq yeni kitablar nəşr olunacaq və gənc nəslin maarifləndirilməsi istiqamətində səmərəli işlər görüləcək.

 

Qeyd edək ki, əməkdaşlıq memorandumunun şərtlərinə əsasəm, Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif mədəni tədbirlərin təşkili, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən ATV kanalı və “Parlaq imzalar” nəşriyyatı ilə birgə reallaşdırılan, “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida daha bir kuce temirden sonra suruculerin istifadesine verilib
    Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə...
  • bdu da 31 mart soyqirimi qurbanlari anilib
    BDU-da 31 mart soyqırımı qurbanları anılıb
bdu da 31 mart soyqirimi qurbanlari anilib bdu da 31 mart soyqirimi qurbanlari anilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ