Bakıda Macarıstan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlərə start verilib

Bakıda Macarıstan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlərə start verilib.

 

APA-nın məlumatına görə, 16-17 mart tarixlərində "Bakıda Macarıstan günləri" çərçivəsində 10 tədbir keçiriləcək.

 

Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət təmsilçiləri, ziyalılar iştirak ediblər. Tədbir macar yazıçı İmre Madaçın "İnsanın faciəsi" əsərinin Azərbaycan dilinə nəşr olunmuş kitabın təqdimatı ilə başlayıb. Macarıstanın Azərbaycandakı səfiri İmre Lastotski kitabın işıq üzü gördüyü üçün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.

 

AMEA vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, Əlibəy Hüseynzadə macar xalqını zəngin ənənə və tarixə malik olan xalq kimi təqdim edib. O, AMEA-da Macarıstan mədəniyyətinə həsr olunmuş sərginin bir ay davam etdiyini vurğulayıb. "Əlaqələrimiz elə qədimdir ki, heç bir mədəni və ya dini fərqlər bizi ayıra bilməz. Sovet dönəmində bir siyasi sistemə aid olsaq da, Macarıstanın mədəniyyəti barədə az məlumatlı idik".


İ. Həbibbəylinin sözlərinə görə, müstəqillik dövründə iki ölkə arasında imzalanan sənədlər bir çox sahələri, o cümlədən mədəniyyət sahəsini əhatə edib.
 

Kitabı Azərbaycan dilinə tərcümə edən Ramiz Müzəffərli isə bunun üçün macar fəlsəfə tarixi, macar ədəbiyyat ənənələrini araşdırdığını deyib. R. Müzəffərli kitabın üz qabığındakı şəkilin böyük rəmzi məna daşıdığını və azərbaycanlı gənc rəssam tərəfindən çəkildiyini söyləyib.
 

Azərbaycan klassiklərinin əsərlərini macar dilinə tərcümə edən alim Maria Kenessey isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. 
 

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi İmre Madaçın "İnsanın faciəsi" fəlsəfi poetik dram XIX əsrdə yazılıb. İndiyədək əsər bütün Avropa dilləri daxil olmaqla, 40-dan çox dilə tərcümə edilib. Nəşr ümumbəşəri dəyərlərin təbliğinə, Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına və dünya azərbaycanlıların macar ədəbiyyatının incilərindən biri ilə tanış olmasına xidmət edir. Azərbaycan dilində subtitrlər ilə "İnsanın faciəsi" filmi Nizami kino mərkəzində nümayiş olunacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehlukesizlik orqanlari emekdaslarinin pese bayrami qeyd olunub
    Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olu...
  • tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib
    Tiflisdə Sona Vəliyevanın “İşığa gedən yol” romanının təqdim...
tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib tiflisde sona veliyevanin isiga geden yol romaninin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8691
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ