Bakıda Sergey Yeseninə həsr olunan tədbir keçirilib

Bakı -  APA. AMEA-nın Dendrologiya İnstitutunda Sergey Yeseninin anadan olmasının 121-ci ildönümünə və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin yeni ekspozisiyasının açılışına həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, öncə S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin yeni ekspozisiyasının açılışı olub. 

 

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymuş görkəmli rus şairi Sergey Yeseninin həyat və yaradıcılığından danışıb. O, Yeseninin ilk memorialının 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə, şairin anadan olmasının 80 illiyi münasibətilə açıldığını bildirib.

 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək böyük rus şairinin həyat və yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndirib. Alim Yeseninin dünyanın əvəzedilməz, özünəməxsus yazarlarından biri olduğunu vurğulayaraq, bu tədbir vasitəsilə şairi bir daha xatırlamaqdan məmnunluq duyduğunu dilə gətirib.

 

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin S.Yeseninin 121 illiyinin Azərbaycanda qeyd edilməsini iki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycanda rus ədəbiyyatına göstərilən diqqət və məhəbbət, rus yazıçı və şairlərinin yubileylərinin keçirilməsi ənənəsi təqdirəlayiq haldır.

 

Səfir təşkil edilmiş ekspozisiyanın şairin həyat və yaradıcılığını geniş şəkildə əks etdirdiyini vurğulayaraq, bütün yeseninşünasları bu guşə ilə tanış olmaq üçün Azərbaycana dəvət edib.

 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Yeseninin rus romantikası və lirikasının öndə gedən nümayəndələrindən biri olduğunu deyib.

 

Sonra şairin Azərbaycanla bağlı xatirələri səsləndirilib. Tədbirin ədəbi-bədii hissəsində Yeseninin əsərlərindən nümunələr səsləndirilib, şeirlərinə bəstələnən mahnılar ifa olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • heyder eliyev merkezinin parkinda sahmat turniri kecirilib
    Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib...
  • iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib
    İraq may ayında neft ixracının həcmini 0,35% artırıb
iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ