Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək

bu il edebiyyat uzre nobel mukafati verilmeyecek

2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmayacaq.

 

APA-nın məlumatına görə, bu barədə Nobel Fondunun yaydığı press-relizdə deyilir.

 

Məlumatda bildirilir ki, Nobel Fondu İsveç Akademiyasının ədəbiyyat sahəsində 2018-ci il üzrə Nobel mükafatının təqdimatının təxirə salınması qərarını dəstəkləyir. Mükafatın 2019-cu ildə verilməsi nəzərdə tutulub. 

 

İlkin məlumata əsasən mükafatın təqdim olunmasının bu il təxirə salınmasının səbəbi İsveç Akademiyasının üzvlərindən birinin həyat yoldaşına qarşı irəli sürülən cinsi təcavüz ittihamı və mükafata namizədlər haqqında məlumatların sızdırılmasıdır. 

 

Qeyd edək ki, bir müddət əvvəl akademiya üzvü, şair Katarina Frostensonun həyat yoldaşı Yan Klod Arnault 18 qadına qarşı seksual sataşmalarda ittiham edilmişdi. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • elektron imza ve etibarli xidmetler huquqi ve texniki bazanin tekmillesdirilmesi muzakire olunub
    “Elektron imza və etibarlı xidmətlər: hüquqi və texniki baza...
  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
174 gilan sahmat turniri kecirilib 174 gilan sahmat turniri kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276