Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsalları açıqlanıb

nobel edebiyyat mukafatina namizedlere pul qoyulusunun emsallari aciqlanib

Bakı. Fərid Mirzəyev – APA. Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontoru 2016-cı il Nobel Ədəbiyyat mükafatına namizədlərə pul qoyuluşunun əmsallarını açıqlayıb.

 

APA-nın “Ladbrokes” bukmeker kontorunun saytına istinadən verdiyi xəbərə görə, Nobeli qazanmağa ən şanslı namizəd 6.00 əmsalla yaponiyalı Haruki Murakamidir (yaponiyalı yazıçıya qoyuluş edən şəxslər, o qalib gələcəyi təqdirdə hər dollara 6 dollar qazanacaqlar – red).

 

Keniyalı yazıçı Nquqi va Thionqo 8.00 əmsalla ikinci, amerikalı Filip Rot 9.00 əmsalla üçüncü, amerikalı Joyce Karol Oates 17.00 əmsalla 4-cü pillədə yer alır.

 

Britaniyalı Salman Rüşdi 67.00 əmsalla “onluq”dan kənarda qalıb.

 

Qeyd edək ki, İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat mükafatı keçən il belaruslu yazıçı Svetlana Aleksiyeviçə verilb.

 

Mükafatın builki qalibinin adı oktyabrın əvvəlində açıqlanacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs herbi texnikasinin novbeti hissesi gurcustana getirilib fotosessiya
    ABŞ hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib ...
  • sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq
    Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq ...
sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyul, 2017

USD
1.7009
 
EUR
1.9877
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ