Cəlil Məmmədquluzadə haqqında xatirələr ABŞ-da nəşr edilib

celil memmedquluzade haqqinda xatireler abs da nesr edilib

Bakı-APA. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında həyat yoldaşı Həmidə xanım Cavanşirin yazdığı xatirələr ABŞ-da çap olunub.

 

APA-nın xəbərinə görə, xatirələri ingilis dilinə azərbaycanlı tədqiqatçı Həsən Cavadi və ABŞ alimi Vilem Floor tərcümə ediblər. Kitab  “Vaşiqton DC” nəşriyyatında çapdan çıxıb.

 

“1907-1931-ci illərdə Qafqazda və İranda nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalının redaktorunun həyat və yaradıcılığı haqqında müsəlman qadının xatirələri” adlı kitabda Cəlil Məmmədquluzadənin həyatını əks etdirən fotolar, “Molla Nəsrəddin” jurnalının illüstrasiyaları öz əksini tapıb. Kitabda əsərin müəllifi Həmidə xanım Cavanşirin həyat və yaradıcılığı barədə də məlumat verilib.

 

Həsən Cavadi kitabın bir nüsxəsini hədiyyə olaraq AMEA Məmməd Füzuli adına Əlyazmalar İnstitutuna göndərib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kamal abdullanin yarimciq elyazma eseri gurcu diline tercume olunub
    Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcü...
  • socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur
    SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər...
socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur +2
MƏZƏNNƏ
FOREX
/ 31 Mart, 2017

USD
1.7238
 
EUR
1.8536
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ