Cəlil Məmmədquluzadənin hekayələr kitabı Tiflisdə nəşr olunub

celil memmedquluzadenin hekayeler kitabi tiflisde nesr olunub

Bakı. Cavid Zeynallı – APA. Cəlil Məmmədquluzadənin “Poçt qutusu” adlı hekayələr kitabı Tiflisdə nəşr olunub.

 

Ədəbiyyat İnstitutundan APA-ya verilən məlumata görə, Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə “Universal” nəşriyyatı tərəfindən çap olunan kitab akademik İsa Həbbibəylinin ön sözü ilə işıq üzü görüb.

 

Yeni nəşrdə ədibin gürcü dilində 13 hekayəsi yer alıb. Kitabda Cəlil Məmmədquluzadənin tərcümeyi-halı, “Molla Nəsrəddin” jurnalına aid şəkillər, əsərlərinə çəkilmiş illüstrasiyalar və sair  fotoşəkillər də verilib. Nəşrin redaktoru Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru İrma Ratianidir. Nəşriyyat redaktorları gürcü yazıçısı Nariman Yaşağaşvili (Naro Kolxeli) və Mirzə Məmmədoğludur.

 

Hekayələri Almaz Mirzəoğlu tərcümə edib. 

 

Qeyd edək ki, C. Məmmədquluzadənin hekayələr kitabı dünyanın bir neçə dilində işıq üzü görsə də, gürcü dilində ilk dəfədir toplu halında nəşr olunur. Yazıçının “Poçt qutusu” hekayəsi ilk dəfə görkəmli ədəbiyyatşünas alim Əziz Şərif tərəfindən gürcü dilinə çevrilərək 1934-cü ildə “Türk ədəbiyyatı” toplusunda özünə yer tapıb. 1968-ci ildə Tiflis Dövlət Universitetinin nəşr etdiyi, Xaqanidən tutmuş Nəbi Xəzriyə qədər, Azərbaycan şair və yazıçılarının əsərlərindən nümunələrin verildiyi ədəbiyyat müntəxəbatına Cəlil Məmmədquluzadənin yenə “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri salınıb. “Poçt qutusu”nu Leyla Eradze, “Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya tərcümə edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde makron ve putin arasinda gorus olub yenilenib
    Parisdə Makron və Putin arasında görüş olub - YENİLƏNİB...
  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
moskvada bas veren qasirga neticesinde 11 nefer olub moskvada bas veren qasirga neticesinde 11 nefer olub +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ