“Danabaş kəndinin əhvalatları” Türkiyədə nəşr olunub

danabas kendinin ehvalatlari turkiyede nesr olunub

Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən nazirliyin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb.

 

Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir.

 

Layihə üzrə "Yusuf Vezir Çemenzeminli - “Kan içinde. İki ateş arasında” romanının ardınca "Celil Memmedguluzade - “Danabaş köyünün hikayeleri” kitabı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib.

 

Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli şair-yazıçı Yurtseven Şen çevirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib
    Azərbaycanla Monteneqro icazəsiz yaşayan şəxslərin readmissi...
  • naxcivanda komanda qerargah telimi kecirilir
    Naxçıvanda komanda-qərargah təlimi keçirilir
naxcivanda komanda qerargah telimi kecirilir naxcivanda komanda qerargah telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ