Dövlət Mahnı Teatrında “Kitab tutan balaca əllər” layihəsi həyata keçirilib

Dövlət Mahnı Teatrında “Kitab tutan balaca əllər” layihəsi həyata keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, layihə çərçivəsində Türkiyənin tanınmış uşaq ədəbiyyatı yazıçılarının Azərbaycan dilinə uyğunlaşdırılmış və tarixi şəxsiyyətlərimizə həsr olunmuş bir-birindən maraqlı kitabları orta məktəb şagirdlərinə paylanacaq.

 

Səfir layihənin təşkilini yüksək qiymətləndirib, Azərbaycan və Türkiyənin köklü tarixi, mədəni mirası haqqında danışıb.

 

Mərasimdə çıxış edənlər bildirib ki, iki qardaş dövlət arasındakı mədəni əlaqələrin inkişafı ortaq dəyərlərimizin yenidən gün üzünə çıxarılması ilə mümkündür. Bu baxımdan ortaq mədəniyyətimizin tarixi şəxsiyyətlərinin gələcək nəsillərə, xüsusilə uşaqlara tanıdılması böyük əhəmiyyət kəsb edir.

 

Aksiya Türkiyə Baş Nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə təşkil edilib.

 

Layihə çərçivəsində üç min uşağa kitab paylanılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 gilan sahmat turniri kecirilib
    ® “Gilan Şahmat Turniri” keçirilib
  • nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur
    Nazir: "Energetika sektorunda tənzimləyici qurumun yaradılma...
nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur nazir energetika sektorunda tenzimleyici qurumun yaradilmasinda beynelxalq teskilatlarin desteyi muhumdur +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276