İstiqlal Muzeyində mühacir ədiblərin şəxsi əşyalarının sərgisi keçirilib

istiqlal muzeyinde muhacir ediblerin sexsi esyalarinin sergisi kecirilib

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Azərbaycana mühacirət etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və s. şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə "21 Azər" hərəkatının fəalları olan Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökumə Billuri və b. şair və yazıçıların, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz tərəfindən muzeyə təqdim olunan yeni sənədlər və fotolar nümayiş olunub.

 

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz, şair Söhrab Tahirin qızı Nəsibə Tahir, Cənubi Azərbaycan komissiyasının katibi Esmira Fuad çıxış edərək sərginin əhəmiyyətindən danışıblar. 

 

Qeyd olunub ki, 12 Dekabr 1945-ci il Azərbaycan azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılıb. Həmin gün Güney Azərbaycan Milli Hökümətin yaranmasının ildönümüdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə bu Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi də qiymətləndirmək olar.  Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və milli filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi və s. mühüm işləri həyata keçirilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
  • siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib
    Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar...
siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib siyezende tank eleyhine mina qumbara ve 95 eded gulle askar edilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ