"Literaturnaya qazeta" Azərbaycan ədəbiyyatına səhifə ayırıb

literaturnaya qazeta azerbaycan edebiyyatina sehife ayirib

Azərbaycan Tərcümə Mərkəzinin milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi növbəti layihənin – Rusiyanın “Literaturnaya qazeta” nəşrinin Azərbaycan ədəbiyyatına ayırdığı “Müasir Azərbaycan ədəbiyyatı” səhifəsinin ilk təqdimatı olub.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, qəzetin 11 aprel tarixli sayında Əli Kərimin “Qayıt”, “Daş”, “Analar ağlayır”, Vaqif Səmədoğlunun “Qaya”, “Şopen”, “Səhər açılır”, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, “Ay işığı”, Vaqif Bayatlının “Göy üzünə qalxan dəniz”, “Biz qəribik”, “Həyat davam edir” şeirlərinin dərc olunduğu qoşa səhifə “Baş verən şeirlər” ön sözü ilə təqdim edilir.
 

Ön sözdə, Rusiyanın geniş oxucu auditoriyasına təqdim olunan bu ədəbi simaların hər birinin yaradıcılığı ayrı-ayrılıqda və birlikdə Azərbaycan ədəbiyyatının əlamətdar hadisəsi kimi qeyd edilir: “Onların yaradıcılığına olan maraq yeni fərdiyyətçi şüurdan, üslub azadlığından irəli gəlirdi. Bu, elə bir dövr idi ki, ədəbiyyatda ifrat həddə çatmış pafos, yaradıcı axtarışların yeniliyi və müxtəlifliyi ilə əvəzlənirdi. Amma bu, bir tarixi dövrün ətalətinin mexaniki dəf edilməsi deyildi. Bu şairlərə populyarlıq qazandıran, ilk növbədə, onların poetik istedadının miqyası və potensial imkanlarının genişliyi idi. Nəzərinizə təqdim edilən bu şeirləri oxuduqca, istər-istəməz Yevgeni Yevtuşenkonun “Şeirlər yazılmır – baş verir” sözləri yada düşür”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
  • meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam
    Meksika səfiri: "Bundan sonra da Azərbaycanın Meksikada, Mek...
meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam meksika sefiri bundan sonra da azerbaycanin meksikada meksikanin ise azerbaycanda daha yaxsi taninmasi ucun calisacagam +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273