Lüksemburqda Nizami Gəncəvinin anım günü keçirilib

Lüksemburqda Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Rusiyanın Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anım günü keçirilib. 

 

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyindən APA-ya bildirilib ki, tədbir çərçivəsində Nizami Gəncəvinin Rusiyanın Lüksemburqdakı Səfirliyinin ərazisində yerləşən heykəlinin önünə əklil qoyulub.

 

Daha sonra çıxış edən səfir Fuad İsgəndərov bir tərəfdən Avropa İttifaqının üzvü olan Lüksemburqun, digər tərəfdən isə Rusiya Səfirliyinin ərazisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucalmasının rəmzi məna daşıdığını bildirib və bunu Azərbaycanın həm Rusiya, həm də Avropa xalqları ilə dostluğunun nümunəsi kimi səciyyələndirib. Səfir vurğulayıb ki, 1980-ci illərin əvvəllərində Azərbaycan tərəfinin təşəbbüsü və iştirakı ilə hazırlanmış abidənin rəsmi açılışı keçmiş Sovet İttifaqının Benelux ölkələrində mədəniyyət günləri çərçivəsində təşkil edilib. Heydər Əliyev Belçika və Lüksemburqa 1996-cı ildə etdiyi səfəri zamanı abidəni ziyarət edib, heykəlin tarixi və siyasi əhəmiyyətini yüksək qiymətləndirib. 
 
Rusiya səfiri Viktor Sorokin Nizami Gəncəvinin anım gününün ənənəvi qaydada dahi mütəfəkkirin abidəsi önündə keçirilməsinin önəmindən bəhs edərək, bu kimi tədbirlərin dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran addımlar olduğunu diqqətə çatdırıb. 

 

Tədbirdə diplomatik korpusun rəhbərləri və onların ailə üzvləri, Lüksemburqda yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini cayda batib
    Lerik sakini çayda batıb
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267