Milli Kitabxanada “Quriya gündəlikləri” kitabı təqdim olunub

milli kitabxanada quriya gundelikleri kitabi teqdim olunub

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Quriya gündəlikləri” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, gürcü şair Giorgi Kekelidzenin müəllifi olduğu kitabı Azərbaycan dilinə İmir Məmmədli tərcümə edib.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Giorgi Kekelidze Gürcüstan Parlamentinin Milli Elektron Kitabxanasının baş direktoru və təsisçisidir. O, 2008-ci ildə Gürcüstanın “Saba” ədəbiyyat mükafatı laureatı, 2013-cü ildə “Beynəlxalq Müşfiq Mükafatı” laureatı olub: “Giorgi Kekelidzenin kitabında Gürcüstanın Quriya bölgəsinin adət və ənənələri təsvir edilir. Bolqarıstanın Qabrovo və Azərbaycanın Şəki bölgəsi kimi, Gürcüstanın Quriya bölgəsinin sakinləri də qeyri-adi hazırcavablığı və yumor hissi ilə fərqlənir”.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in redaktoru Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, AYB-nin tərcümə bölməsinin rəhbəri Pərvin Nurəliyeva və başqaları Azərbaycan-gürcü ədəbi əlaqələrindən danışıb, kitabın tərcümə olunmasını iki ölkənin mədəni həyatı üçün əlamətdar hal kimi dəyərləndiriblər.

 

Qeyd edək ki, “Gürcü ədəbiyyatı silsiləsi”ndən dərc olunan kitabın təqdimatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib. 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir
    Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq...
  • bsu nun numayende heyeti bolqaristanda seferde olub
    BSU-nun nümayəndə heyəti Bolqarıstanda səfərdə olub
bsu nun numayende heyeti bolqaristanda seferde olub bsu nun numayende heyeti bolqaristanda seferde olub +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ