"Molla Nəsrəddin lətifələri" kitabı və mollanasreddin.az saytının təqdimatı keçirilib

molla nesreddin letifeleri kitabi ve mollanasreddin az saytinin teqdimati kecirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) "Molla Nəsrəddin lətifələri" kitabının və mollanasreddin.az <http://mollanasreddin.az/>  portalının təqdimatı keçirilib.
 

APA-nın xəbərinə görə, AMEA Folklor İnstitutunun və SOCAR-ın təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, Molla Nəsrəddin lətifələrinin toplanılması, kataloqlaşdırılması və araşdırılması mühüm əhəmiyyətə malikdir.
 

Filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev deyib ki, kitabda ümumtürk mədəniyyətinin ortaq gülüş qəhrəmanı olan Molla Nəsrəddinlə bağlı XIX əsrin ikinci yarısından bu günə qədər Azərbaycanda nəşr olunmuş 30-a yaxın mənbədən 600-dən artıq lətifə toplanılıb, geniş oxucu kütləsi üçün nəzərdə tutulan topluda 48 rəngli illüstrasiya əks olunub.
 

H. Quliyev portalda Molla Nəsrəddin lətifələrinin, bu barədə tədqiqat əsərlərinin tapılması üçün axtarış sistemi, interaktiv əlaqə üçün forum imkanının da yaradıldığını qeyd edib.
 

Kitabın ön sözünün müəllifi SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Molla Nəsrəddin lətifələrinin müxtəlif məziyyətlərindən danışıb. O qeyd edib ki, Molla Nəsrəddin lətifələri tərbiyəvi məzmun daşıyır. 
 

Tədbir çıxışlarla başa çatıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:00 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxi sakini hemyerlisinin avtomobilini asirib 3 neferi doyerek xesaret yetirib
    Şamaxı sakini həmyerlisinin avtomobilini aşırıb, 3 nəfəri dö...
  • bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib
    Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası k...
bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267