“Molla Pənah Vaqif” kitabının və elektron məlumat bazasının təqdimatı olub

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında professor Nizami Cəfərovun müəllifi olduğu “Molla Pənah Vaqif” kitabının və Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı olub.

 

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi kitab “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan prezidentinin sərəncamı əsasında hazırlanıb.

 

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək M.P.Vaqifin zəngin yaradıcılığından söz açıb. Bildirib ki, böyük şair yaradıcılığı ölkəmizlə yanaşı, bir sıra türkdilli dövlətlərdə də tədqiq edilir.

 

Mədəniyyət və Turizm Nazirlinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, “Molla Pənah Vaqif” kitabı gənc nəsil üçün, xüsusən şairin yaradıcılığı ilə yaxından tanış olmaq istəyən hər kəs üçün əhəmiyyətlidir.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Vaqif yaradıcılığı haqqın danışıb, kitabı mühüm tədqiqat kimi dəyərləndirib. O, Vaqif yaradıcılığını Azərbaycan poeziyasında yeni bir mərhələnin başlanğıcı adlandırıb.

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinov “Vaqif ili” çərçivəsində türkdilli ölkələrdə və TÜRKSOY-da keçiriləcək tədbirlərdən, rəhbəri olduğu qurumun dəstəyi ilə çap olunacaq “Molla Pənah Vaqifin 9 şeiri” kitabında şairin şeirlərinin türk xalqının dillərinə tərcümə olunaraq çap ediləcəyindən danışıb.

 

Sonda çıxış edən N. Cəfərov kitab haqqında məlumat verib, şairin Azərbaycan ədəbiyyatındakı yerindən bəhs edib.

 

Tədbir iştirakçıları M.P.Vaqifə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iribuynuzlu heyvanlarin xesteliye qarsi peyvendlenmesine baslanilib
    İribuynuzlu heyvanların xəstəliyə qarşı peyvəndlənməsinə baş...
  • gurcustanda milli azliqlar olkenin avropa ittifaqina uzvluyunu destekleyir
    Gürcüstanda milli azlıqlar ölkənin Avropa İttifaqına üzvlüyü...
gurcustanda milli azliqlar olkenin avropa ittifaqina uzvluyunu destekleyir gurcustanda milli azliqlar olkenin avropa ittifaqina uzvluyunu destekleyir +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ