Orxan Adıgözəlin uşaqlar üçün “Əngəlsiz arzular” əsəri təqdim ediləcək

“3 alma” uşaq ədəbiyyatı Orxan Adıgözəlin uşaqlar üçün qələmə aldığı “Əngəlsiz arzular” əsərini nəşr edəcək.

 

“3 alma”dan APA-ya bildirilib ki, müasir dövrdə əsas problemlərdən biri fiziki imkanları məhdud şəxslərin cəmiyyətə adaptasiyası, eyni zamanda cəmiyyətin onlara qarşı həssaslığıdır. Kitab məhz bu problemin azyaşlı uşaqların həyatına təsiri, onların belə halla üzləşəndə verəcəyi reaksiyası barədədir.

 

Əsərin qəhrəmanı əslində hamımızın adi saya biləcəyi hadisə nəticəsində ayağını itirmiş balaca oğlandır. Kitabda Nihad adlı bu oğlanın həyat hekayəsi, ətrafdakıların ona fərqli münasibəti və onun bu münasibəti dəyişmək üçün apardığı mübarizə, tək ayaq üstə durmaq üçün göstərdiyi əzm, bütün əngəllərə qalib gələn arzuları, çəkdiyi zəhmət və eyni zamanda dostlarının, ailəsinin ona mənəvi yardımı təsvir olunur.

 

Mövzu baxımından uşaq ədəbiyyatında yeni olan “Əngəlsiz arzular” kitabı çox yaxında oxuculara təqdim ediləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 21 May
13:45 20 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan gurcustandan mal qara idxalini 2 7 defe artirib
    Azərbaycan Gürcüstandan mal-qara idxalını 2,7 dəfə artırıb...
  • allahsukur pasazade cumhuriyyetin isgalindan sonra bolsevikler ruhanileri sibire surgun edib ve ekseriyyetini gulleleyibler
    Allahşükür Paşazadə: "Cümhuriyyətin işğalından sonra bolşevi...
allahsukur pasazade cumhuriyyetin isgalindan sonra bolsevikler ruhanileri sibire surgun edib ve ekseriyyetini gulleleyibler allahsukur pasazade cumhuriyyetin isgalindan sonra bolsevikler ruhanileri sibire surgun edib ve ekseriyyetini gulleleyibler +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273