Qafqaz Universitetində Anarla görüş keçirilib

Bakı-APA. Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı, Türk dili və ədəbiyyatı və Türkologiya mərkəzinin birgə təşkilatçılığı  ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarla görüş keçirilib.

 

Universitetdən APA-ya verilən məlumata görə, tədbirdə universitetin rektoru Əhməd Saniç, professor-müəllim heyəti və tələbələr iştirak edib.Görüşün əsas məqsədi tələbələrin mütaliə vərdişlərini inkişaf etdirmək, bədii ədəbiyyata marağını artırmaq və bu vasitə ilə gənclərin ümumi dünyagörüşü, intellektual səviyyəsinin yüksəlməsinə nail olmaqdır.

 

Tədbirdə müasir ədəbi proses ilə Anarın roman və hekayələri ətrafında müzakirələr aparılıb, qonaq ona ünvanlanan çoxsaylı sualları cavablandırıb. Tədbiri giriş sözü ilə universitetin rektoru Əhməd Saniç açaraq Azərbaycan ədəbiyyatının zənginləşməsində Anarın mühüm rolu olduğunu vurğulayıb və yaradıcılığının müxtəlif məqamlarına toxunub. Rektor çıxışında bildirib ki, Anarın əsərləri təkcə Azərbaycanda deyil, Türkiyə və Avropa ölkələrində də maraqla qarşılanır.

 

Tədbirin sonunda rektor Əhməd Saniç dəvəti qəbul etdiyinə görə universitet kollektivi adından qonağa təşəkkür edib və xatirə şəkli çəkdirilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan seudiyye erebistani qeter ve kuveyte sefer edecek
    Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək...
  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
masallida vaz asib surucu xesaret alib masallida vaz asib surucu xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ