Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çap olunub

qulu agsesin seirler kitabi ingilis dilinde cap olunub

Bakı. Cavid Zeynallı – APA. “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çapdan çıxıb. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Mütərcim” nəşriyyatı tərəfindən "Contemporary Azerbaijani Poetry" (“Müasir Azərbaycan şeiri”) seriyası ilə buraxılan kitab “Dawn” (Dan yeri) adlanır.

 

Kitabın ingilis dilinə tərcüməçisi və “Ön söz”ün müəllifi Kamran Nəzirlidir. Nəşrdə qeyd olunub ki, Qulu Ağsəsin ingilis dilində təqdim olunan şeirləri modern şeirin tələblərinə cavab verməklə yanaşı, poetikası, bədii-fəlsəfi yükü və yeni nəfəsli polifonik duyğu dəyişmələri ilə fərqlənir.

 

Kitaba şairin son illər yazdığı şeirlər, o cümlədən, “Qarabağ şikəstəsi”, “Sənsən hər yer”, “Külək poçtdu”, “Müharibə əlili”, “Qiyamət” və s. şeirləri də daxil edilib.  

 

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ