Ramiz Rövşənin 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyində şair Ramiz Rövşənin 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, yazıçı Kamal Abdulla, professor Rafiq Əliyev və başqaları iştirak ediblər.

 

Yazıçılar Birliyinin sədri Anar Rzayev Ramiz Rövşənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıb, onu əvəzsiz şair, tərcüməçi kimi xarakterizə edib. Anar qeyd edib ki, Ramiz Rövşəni təkcə Azərbaycanda yox, ölkədən kənarda da qiymətləndirirlər. Birlik sədri Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə Ramiz Rövşənə rəhbərlik etdiyi qurumun və TÜRKSOY-un diplomunu və medalını təqdim edib.

 

Tədbirdə çıxış edən xalq şairi Fikrət Qoca, yazıçı Kamal Abdulla, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı, Yazıçılar Birliyinin katibi Nazim İbrahimov, professor Rafiq Əliyev və başqaları Ramiz Rövşənlə dostluqlarından, onun şeirlərinin, yaradıcılığının ədəbi qüdrətindən danışıblar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ