Şair İlyas Tapdıq vəfat edib

sair ilyas tapdiq vefat edib

Şair İlyas Tapdıq vəfat edib. APA-nın xəbərinə görə, bu barədə kulis.az-a şair Ayaz Arabaçı məlumat verib.

 

O bildirib ki, İlyas Tapdıq bu gün axşam saatlarında evində vəfat edib. 82 yaşlı şair ürəyindən müalicə olunub.

 

Şairin kürəkəni Kamandar Eyvazlının sözlərinə görə, İlyas Tapdıq dekabrın 26-da Badamdar qəbirstanlığında,  həyat yoldaşının yanında dəfn olunacaq. 

 

Xatırladaq ki, şair və tərcüməçi İlyas Tapdıq 1930-cu ildə Gədəbəydə anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.


 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs herbi texnikasinin novbeti hissesi gurcustana getirilib fotosessiya
    ABŞ hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib ...
  • sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq
    Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq ...
sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyul, 2017

USD
1.7009
 
EUR
1.9877
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ