Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

semed vurgunun 110 illiyine hesr olunmus yubiley tedbiri kecirilib

Bakı. Cavid Zeynallı-APA. Akademik Milli Dram Teatrında Səməd Vurğunun 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə mədəniyyət və incəsənət xadimləri iştirak edib.

 

Tədbirdə qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən 250-dək kitabın yer aldığı sərgi ilə tanış olublar.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Səməd Vurğunun həyat və yaradıcılığı haqqında danışıb, şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən bəhs edib.

 

Nazir qeyd edib ki, Səməd Vurğun müasir və tarixi-əfsanəvi mövzularda da bir çox əsərlər müəllifi kimi tanınıb: "Şairin “Ölüm kürsüsü”, “Qız qayası”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Aslan qayası”, “Üsyan”, “Bəsti”, “Ayın əfsanəsi” və “Bulaq əfsanəsi” əsərləri bu qəbildəndir. Ana dilimizin şeriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında möhkəm bağlılıq yaradaraq özü də bu birliyin bayraqdarına çevrilib. Şairin poeziyası multikulturalizmə, tolerantlığa və birliyə çağırış himni kimi səslənir. Bu mütərəqqi tendensiyaları bədii irsində mükəmməl şəkildə birləşdirməyi bacaran Səməd Vurğun ürəklərdə özünə əbədi heykəl ucaldıb".

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar şairin zəngin yaradıcılığından söz açıb.

 

Xalq yazıçısı bildirib ki, 1934-cü ildə şairin “Könül dəftəri”, bir il sonra isə “Şeirlər” adlı kitabları nəşr olunub. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı və dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirib.

 

Tədbir konsert proqramı ilə davam edib.

 

Gecədə S.Vurğunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:36 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • quba qusar yolunda iki avtomobil toqqusub iki nefer olub bes nefer xesaret alib yenilenib
    Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, b...
  • azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib
    Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkd...
azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ